Ölkə futbolu

Millimizin “Qarabağ”lı üzvü: “Söz verirəm ki, Rusiyaya uduzmayacağıq”

“Bu oyunda yalnız qələbə qazanmağı düşünürdük və bunu da reallaşdıra bildik. Şimali İrlandiya ilə oyunda tək hədəfimiz 3 xal idi. Şükürlər olsun ki, azarkeşlərimizi sevindirə bildik”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında milli komandamızın futbolçusu Qara Qarayev deyib.

“Qarabağ”ın futbolçusu ilk hissədən fərqli ikinci hissədə daha yaxşı oynamalarının səbəbini açıqlayıb: “Biz ilk hissədə o qədər də, yaxşı oynamadıq. Ancaq rəqib ikinci hissədə oyununu dəyişdirdi və biz onların ən zəif nöqtələrini tapıb, qollarımızı vurduq. Qarşıdan Rusiya ilə çətin oyun gəlir. Hamı bilir ki, bu görüşün favoriti Rusiyadı. Ancaq futbolçularımızın adından söz verə bilərəm ki, Rusiyaya uduzmayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43