20 Fevral 2020
Dünya futbolu

Millimizin rəqibi altı futbolçunu heyətindən çıxardı

Sabah millimizlə qarşılaşacaq Bəhreyn yığmasının heyətində dəyişiklik olub.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Helio Sousa 30 nəfərlik heyətdən 6 oyunçunu çıxarıb. Bunlar Səyid Məhəmməd Adnan və Raşid Əl Houti (hər ikisi “Əl-Hidd”), qapıçı Mahbub Yəhya (“Budaiya”) yarımmüdafiəçilər Əhməd Musa, İsa Əli Cihad (hər ikisi “Manama”) və hücumçu Sami Əl-Husaynidir (“East Riffa”).

Qeyd edək ki,Ər-Rifa şəhərində keçiriləcək Bəhreyn – Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Oxşar xəbərlər

Hakimlərimiz Avropa Liqasına təyinat aldılar

admin

“Qarabağ”ın rəqibi səfərdə minimal hesablı qələbəyə sevindi- VİDEO

admin

“Qızıl Top” kimin haqqıdı? – YAZI

admin