Kateqoriyasız

Millimizin rəqibinin heyəti açıqlandı

DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Serbiya yığmasının heyəti açıqlanıb.

Baş məşqçi Draqan Stoykoviç 30 futbolçuya dəvət göndərib.

Qapıçılar: Predraq Raykoviç (“Renn”, Fransa), Marko Dmitroviç (“Eybar”, İspaniya), Borçe Nikoliç (“Bazel”, İsveçrə)

Müdafiəçilər: Stefan Mitroviç (“Strazburq”, Fransa), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya), Uroş Spayiç (“Feyenor”, Niderland), Miloş Velkoviç (“Verder”, Almaniya), Straxinya Pavloviç (“Serkl”, Belçika), Marko Petkoviç (TSC), Milan Qayiç “Srvena Zvezda”, Filip Mladenoviç (“Legiya”, Polşa)

Yarımmüdafiəçilər: Mixailo Ristiç (“Monpelye”, Fransa), Saşa Lukiç (“Torino”, İtaliya), Uroş Raçiç (“Valensiya”), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), Nemanya Qudel (“Sevilya”, İspaniya), Nemanya Radonyiç (“Herta”, Almaniya), Duşan Tadiç (“Ayaks”, Niderland), Nenad Krstiçiç (AEK, Yunanıstan), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Filip Curiçiç (“Sassuolo”, İtaliya), Darko Lazoviç (“Verona”, İtaliya), Marko Qruyiç (“Portu”, Portuqaliya), İvan İliç (“Verona”, İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Filip Kostiç (“Ayntraxt” Frankfurt, Almaniya)

Hücumçular: Aleksandar Mitroviç (“Fulhem”, İngiltərə), Luka Yoviç (“Real”, İspaniya), Duşan Vlahoviç (“Fiorentina”, İtaliya), Corce Despotoviç (“Rubin”, Rusiya)

Əvvəlcədən məlum olduğu kimi, Stoykoviç “İnter”in müdafiəçisi Aleksandar Kolarov, “Kristal Pelas”ın yarımmüdafiəçisi Luka Milivoyeviç, “Beşiktaş”ın yarımmüdafiəçisi Adem Lyayiç, “Napoli”nin müdafiəçisi Nikola Maksimoviç və “Mançester Yunayted”in yarımmüdafiəçisi Nemanya Matiçə dəvət göndərməyib.

Qeyd edək ki, Serbiya millisi martın 24-də İrlandiyanı, 27-də Portuqaliyanı qəbul edəcək, 30-da isə Bakıda millimizin qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43