Milli komanda

Millimizin rəqibləri bilindi

17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının 2019/2020-ci mövsümünün seçmə mərhələsindəki rəqibləri məlum olub.

İdmanxceber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, U-17 5-ci qrupda Norveç, Sloveniya və Farer adaları ilə mübarizə aparacaq.

Oyunların təqvimi belədir:

17 oktyabr

Azərbaycan – Sloveniya

 

20 oktyabr

Norveç – Azərbaycan

 

23 oktyabr

Azərbaycan – Farer adaları

 

Qeyd edək ki, bu qrupun oyunları Farer adalarında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43