Dünyadan

Millimizin rəqibi Kanada ilə sülh bağladı

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Bolqarıstan yığması dünən yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, Lyuboslav Penevin komandası Kanada yığması ilə qüvvəsini sınayıb.

Qeyd edək ki, bu görüşdə qalib müəyyənləşməyib. Matçın 19-cu dəqiqəsində Andrey Qalabinov bolqarları hesabda önə keçirsə də, 8 dəqiqə sonra Atiba Hutçinson penaltidən cavab qolunu vurub – 1:1.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43