Dünya futbolu

Millimizin rəqibinin yeni baş məşqçisi müəyyənləşdi

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığmasının yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, 68 yaşlı Per-Matias Hoqmonun istefaya göndərilməsindən sonra komandanı Lars Leqerbek çalışdıracaq. İsveçli mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Leqerbek son  olaraq İslandiya millisini çalışdırıb. Onun komandası Avro-2016-da 1/4 finala qədər irəliləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43