Milli komanda

Millimizin rəqibləri bilindi

2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə oyunlarında (DÇSO) yarışacaq mllimizin yer aldığı səbət müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, millimiz 5-cı səbətdə yer alacaq. Yığmamız öz səbətində qərarlaşacaq miillilərlə qarşılaşa bilməz. 

Səbətlərin tərkibi isə belədi:

1-ci səbət: Almaniya, Belçika, Hollandiya, İngiltərə, Rumıniya, Uels, Portuqaliya, İspaniya, Xorvatiya

2-ci səbət: İtaliya, Avstrya, Slovakiya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Hersoqovina

3-cü səbət: Ukrayna, Şotlandiya, Macarıstan, İsveç, Polşa, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan

4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Çernoqoriya, Estoniya

5-ci səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, AZƏRBAYCAN, Litva, Moldova

6-cı səbət: Qazaxıstan, Luksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San Marino, Andorra

Qeyd edək ki, püşkatma mərhələsi iyulun 25-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43