Dünya futbolu

Millimizin sabiq futbolçusu Almaniyada 2 qol vurdu

Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov formasını geyindiyi  “Şalke”nin ikinci komandasının heyətində dubla imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, o, komandasının Almaniyanın Qərb Regional Liqasında 32-ci turunun “Boxolt”la ev oyununda iki qolla yadda qalıb.

Lakin “Şalke” öz meydanında məğlubiyyətdən qaça bilməyib – 2:4.

“Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43