Dünya futbolu

Millimizin sabiq futbolçusu Almaniyada klubunu dəyişdi

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov almaniyada klubunu dəyişib.

İdmanxeber.com-un məlumatına görə, Dadaşov karyerasını yenə də  Regional Liqasının Şimal-Şərq zonasında davam etdirəcək. 26 yaşlı forvard Berlinin “Dinamo” klubu ilə 1 illik müqavilə bağlayıb.

Rüfət ötən mövsüm Regional Liqada çıxış edən “Moyzelvits” klubunda çıxış edib.

Xatırladaq ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə millimizin heyətində 16 oyunda iştirak edib və 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43