Ölkə futbolu

Millimizin sabiq üzvü Qazaxıstan klubuna keçir ?

Millimizin sabiq üzvü Amit Quluzadə karyerasını Qazaxıstanda davam etdirəcəyi barədə çıxan xəbərlərə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu sosial şəbəkə hesabından etdiyi paylaşımla yayılan xəbərləri təkzib edib. O, Qazaxıstanın “Atırau” klubundan təklif almadığını bildirib.

Amit Quluzadə ölkəmizdə “Neftçi”, “Rəvan”, “Qəbələ”, “Səbail” və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin “Ərciyyəspor”, Yunanıstanın AEL və Portuqaliyanın “Atletiko” klublarının da şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43