İdman

Millimizin sabiq oyunçusu minifutbol komandasına keçdi

Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov minifutbolda çıxış edəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığmanın keçmiş üzvü “Turan”da çıxış edəcək.

Qeyd edək ki, Ramazan Abbasov karyerası ərzində “Neftçi”, “Bakı” və “Rəvan”ın uğurları üçün çalışıb. Daha əvvəl “Neftçi”nin sabiq oyunçusu Zeynal Zeynalov “İnter”ə keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43