İdman

Millimizin sabiq qapıçısı “Şəmkir”də

Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan “Şəmkir” heyətini gücləndirməkdə davam edir. 

İdmanxeber.com-un məlumatına görə, bu məqsədlə tək futbolçular deyil, komandaya təcrübəli məşqçilər də dəvət olunur. 3 qat Azərbaycan çempionun bu dəfəki hədəfi “Şəmkir”lə iki dəfə çempionluq sevinci yaşamış Rauf Mehdiyev olub. Bir vaxtlar “Şəmkir”in tarixi uğurlarında payı olan R.Mehdiyev “Şəmkir” klubun qapçılar üzrə məşqçisi təyin olunub. 

Azərbaycan millisinin də şərəfini qorumuş R. Mehdiyevlə bu gün müqavilə imzalanıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43