Milli komanda

Millimizin sabiq üzvü: “Başqa oyunumuz var?”

"Millimizin göstərdiyi oyunun məzmunu yoxdu. Uduzmaq olar, oyunla… Amma belə də yox. Milli komandada gücsüz oynamaq olmaz. 22 futbolçu varsa onların hamısından istifadə etməlisən. Çünki milliyə ən yaxşılar seçilib. Bəs, bolqarlarla necə olacaq? Başqa oyunumuz var? Bir oyunumuz var – əks hücum… Bunu da hamı bilir".

Bu sözləri idmanxeber.com-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Ceyhun Sultanov deyib.

Hazırda "Sumqayıt" klubunun meneceri olan Sultanov  3 gün sonra Bolqarıstanla qarşılaşacaq millimizin bu oyununa proqnoz verməyin çətin olduğunu bildirib:

"Proqnoz verə bilmərəm, çətindi. Ancaq mən həmişə qələbəyə köklənirəm. Futbolda belə bir deyim var: "Pis oyna, amma 3 xal qazan". Pis oynaya bilərsən, əsas olan qələbədi. Biz isə pis oynayıb böyükhesabla uduzuruq".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43