22 Oktyabr 2024
İdman

Millimizin sabiq üzvü qol vurdu, “Dnepr” qələbə qazandı

Millimizin sabiq üzvü Dmitri Nağıyev “Dnepr”ə qələbə qazandırıb.

İdmanxeber.com-un məlumatına görə, bir müddət 21 yaşadək futbolçulardan ibarət milli komandamızda çıxış etmiş futbolçu Ukrayna klubunun Polşa təmsilçisi “Medz”lə görüşündə qələbə topunu vurub.

46-cı dəqiqədə meydana çıxan həmyerlimiz 80-ci dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub – 1:0.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43