Dünyadan

Millimizin sabiq üzvü Türkiyədə növbəti qolunu vurdu – VİDEO

Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" da növbəti matçına çıxıb.

Manisa təmsilçisi öz meydanında "Şanlıurfaspor"la qarşılaşıb. Matç Subaşiçin klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Branimir 67-ci dəqiqədə əvəzlənib. O, 20-ci dəqiqədə vurduğu qolla komandasını irəli çıxartsa da, sonda iki qol buraxan "Manisaspor" məğlub olub. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43