Ölkə futbolu

Millimizin təlim-məşq toplanışı olacaq

2014-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının dekabrın 23-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışı təşkil olunacaq. Yığmamızın üzvləri dekabrın 27-də laktat testi verəcək.

Toplanışa dəvət olunacaq futbolçuların siyahısı isə hələlik məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43