Ölkə futbolu

Millimizin Türkiyə ilə oyunlarına hakim təyinatları

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupu çərçivəsində mayın 31-də Ərzincanda krçitiləcək görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək:
 
31 may

Türkiyə – Azərbaycan
Baş hakim:
 Aleksandra Kollin
Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar
Dördüncü hakim: Klemens Qonçalves
(Hakimlər briqadası Fransadandır)

Ərzincan 13 Şubat stadionu. Saat 21:00
 
4 iyun

Azərbaycan – Türkiyə
Baş hakim: 
Nanna Löf Andersen
Baş hakimin köməkçiləri: Sidsel Rasmussen, Anna Kyaer Şmidt
Dördüncü hakim: Frida Klarlund
(Hakimlər briqadası Danimarkadandır)

Dalğa Arena. Saat 19:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43