Ölkə futbolu

Millimizin üzvləri “Beşiktaş”ın əsas komandasında

“Beşiktaş” Antalyada təlim-məşq toplanışına başlayıb.

Heyətdə Azərbaycanın aşağı yaş millilərində forma geyinən iki futbolçu da yer alıb. Bunlar müdafiəçilər Ege Atlam və Hüseyin Seyliğlidı. Baş məşqçi Şenol Günəş hər iki oyunçunu “Beşiktaş”ın əsas komandasına cəlb edib.

Hər iki oyunçu 2016-cı ildə U-17 milliləri arasında Bakıda keçirilən Avropa çempionatında millinin formasını geyinib. Seyliğli son olaraq 2018-ci ilin noyabrında Ukrayna, Bosniya və Herseqovina ilə yoldaşlıq matçları üçün U-21 yığmasına çağırılıb. Atlam isə 2017-ci ilin U-19 millisində yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilmiş beynəlxalq turnirə aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43