Kateqoriyasız

Millimizin üzvləri karantin günlərini necə keçirirlər? – Açıqlamalar

Milli komandamızın bəzi üzvləri karantin günlərini necə keçirdikləri ilə bağlı danışıb.

İdmanxeber.az AFFA-nın rəsmi “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Emin Mahmudov vaxtını daha çox uşaqları ilə keçirdiyini söyləyib: “Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram”.

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev karantin günlərini necə keçirdiyi ilə bağlı bunları bildirib: “Karantinin əsas üstünlüyü ailəmə daha çox vaxt ayırmağımdır – uşaqlarımla oynaya bilirəm”.

Komandamızın digər qapıçısı Emil Balayev isə qida rasionuna xüsusi diqqət yetirdiyini vurğulayıb: “İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm, çalışıram bol vitaminli meyvələrə üstünlük verim”.

formasını qorumağa çalışdığını deyib: “Filmlər də izləyirəm. “Centlmenlər”ə baxmağı hamıya tövsiyə edirəm”.

Digər hücumçumuz Renat Dadaşov isə bildirib ki, karantin günlərində məşq edir və ev işlərinin görülməsinə köməklik göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43