Kateqoriyasız

Millimizin üzvü Almaniyada het-trik etdi, komandasından 29 qolluq qələbə

Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” yoxlama oyunu keçirib.

İdmanxeber.az xəbər verir ki, Aue klubu ölkənin bölgə liqası təmsilçisi “Leukersdorf”la qarşılaşıb. Matç “Erzgebirge”nin 29:0 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov start heyətdə meydana çıxıb və 2-ci hissədə əvəzlənib. 14 qolun vurulduğu ilk hissədə milli üzvü də het-trik edib. O,  8, 22, 36-cı dəqiqələrdə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43