24 Yanvar 2022
Dünya futbolu

Millimizin üzvü Almaniyada növbəti qolunu vurdu

Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası Almaniya Cənub Gənclər Bundesliqasının XXII turu çərçivəsində “Hoffenhaym”ı qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Oyunda hesabı qonaqlar açsa da, Renat Dadaşov 76-cı dəqiqədə komandasına 1 xal qazandıran qolun müəllifi olub.

Qeyd edək ki, “Ayntraxt U-19” hazırda aktivindəki 29 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

Xatırladaq ki, Dadaşov ötən tur “het-trik”lə yadda qalmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Afrik Millətlər Kuboku: finalçılar müəyyənləşdi

admin

“Başakşəhər” PSV-nin futbolçusunu transfer etdi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda ?

admin