Dünya futbolu

Millimizin üzvü Avroliqa üçün sifariş olundu

Ukraynanın “Aleksandriya” klubu yeni transferi – millimizin üzvü  Pavel Paşayevi UEFA-ya sifariş edib.

Idmanxeber.com-un məlumatına görə, Paşayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Rumıniyanın “Astra” klubu ilə oyunlar üçün “Aleksandriya”nın iştirak ərizəsinə daxil edilib. O, 20 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Aleksandriya” “Astra” ilə iyulun 27-də səfərdə, avqustun 3-də isə Ukraynada oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43