Kateqoriyasız

Millimizin üzvü Avstriya klubundan ayrıldı

Avstriyanın “Austriya” klubu Azərbaycanın U-21 millisinin üzvü Barış Ekincier ilə yollarını ayırıb.

Klaqenfurt təmsilçisi icarə əsasında heyətinə qatdığı 21 yaşlı yarımmüdafiəçinin  Almaniyanın “Bohum” klubuna qayıdacağını açıqlayıb.

Ekincier komanda yoldaşları ilə vidalaşanda ona forma hədiyyə edilib.

Barışın “Bohum” ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43