Dünya futbolu

Millimizin üzvü baş məşqçisiz qaldı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Aue” klubu baş məşqçisiz qalıb.

Rəhbərlik arıdıcıl uğursuz oyunlardan sonra bolqarıstanlı məşqçi Pavel Dotçevi istefaya göndərmək qərarına gəlib. Onun komandadan gedişi ötən gün rəsmiləşib. Almaniya mətbuatında yer alan xəbərə görə, klub rəhbərliyi hazırda məşqçi axtarşını davam etdirir. Hazırda boş qalan məşqçi postuna bir neçə nəfər namizəd var ki, onlarla bağlı yekun qərar yaxın günlərdə veriləcək. Həmin namizdələr Konrad Fünfstük və Karsten Neytseldir.

Xatırladaq ki, Dmitri Nazarov Pavel Dotçevin tələbiylə “Aue”yə keçmişdi.

Qeyd edək ki, “Aue” Almaniya II Bundesliqasında 22 turdan sonra sonuncu, 18-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43