Dünya futbolu

Millimizin üzvü “Bavariya”ya qol vurdu

Almaniya Cənub Gənclər Bundesliqasında XXVI turun oyunları davam edir.

Millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt”ın U-19 komandası doğma meydanda çempionatın lideri “Bavariya”nın U-19 komandası ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Startdan meydanda olan Dadaşov 34-cü dəqiqədə vurduğu qolla qələbəyə töhfə verib.

Bu oyundan sonra xallarının sayını 36-a çatdıran “Ayntraxt” turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43