23 Oktyabr 2020
İdman

Millimizin üzvü Belarus klubunda

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova Belarusun “Minçanka” klubuna keçib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi “Feysbuk” səhifəsi məlumat yayıb. 27 yaşlı hücumçu 2020/2021 mövsümündə bu komandada oynayacaq. O, yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək .

“Minçanka” Rusiya çempinatında mübarizə aparır.

Qeyd edək ki, M.Əzizovanın son klubu “Radomka” (Polşa) olub. O, ölkə xaricində çıxış etdiyi üçün koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın üzvlərindən biri idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Sabiq “Qəbələ”li 600 min avro qarşılığında Serbiya klubunda

admin

Qurban Qurbanov: “Cavid Hüseynovla ciddi söhbətimiz olacaq”

admin

“Kəpəz” tərəfi “Keşlə” oyunu öncəsi biabırçı yanlışlıq etdi – FOTO

admin