Dünya futbolu

Millimizin üzvü “Çelsi”yə qarşı oynadı, komandası qalib gəldi

21 yaşadək milli komandamızın üzvü olan Ozancan Kökcünün formasını geyindiyi Hollandiyanın “Feyenoord” klubunun U-19 komandası yoxlama matçı keçirib.

İdmanxeber.com-un məlumatına görə, Rotterdam təmsilçi İngiltərənin “Çelsi” kubunun U-19 kollektivi ilə qarşılaşıb. Oyunda “Feyenoord” 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu 87-ci dəqiqədə Tayrell Malasiya vurub. Qolun ötürməsini isə yığma komandamızın şərəfini qoruyan Ozancan Kökcü edib.

Xatırladaq ki, 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət etmişdi. Gənc futbolçu bu təklifi qəbul edərək yanvar ayında U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılmışdı. O, Qazaxıstanın “Okjetpes” klubuna qarşı keçirilən yoxlama oyununda (2:2) bir qol da vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43