İdman

Millimizin üzvü Fransa klubunda

Azərbaycan millisi və “Araz” klubunun üzvü Eduardo Borges karyerası ilə bağlı yeni qərar verib.

İdmanxeber.com-un  Azərbaycan Futzal Federasiyasının rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, o, qarşıdakı mövsümü Fransa çempionatında keçirəcək. Bu barədə futzalçı şəxsi “Feysbuk” hesabında paylaşım edib. Mayda “Araz”la müqavilə başa çatan müdafiəçi Fransanın “Acces Futsal” klubu ilə anlaşıb.

Qeyd edək ki, Eduardo 2013-cü ildən millinin formasınnı geyinir. O, üç dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandasının uğur qazanması üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43