Dünyadan

Millimizin üzvü “Göztəpə”də

İntizamsız hərəkətlərinə görə “Bursaspor”un əsas heyətindən kənarlaşdırılan millimizin üzvü Dəniz Yılmazın “Göztəpə”yə keçidi reallaşmaq üzrədir.

Tərəflər arasında danışıqlar reallaşıb və hücumçu İzmir təmsilçisində oynamağa razılıq verib. Türkiyə mətbuatının yaydığı iddiaya görə, “Bavariya”nın yetirməsi yaxın günlərdə Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Dəniz Yılmaz ötən mövsüm “Bursaspor”un heyətində 4 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43