Dünya futbolu

Millimizin üzvü havanı bəhanə gətirdi: “Hava şərtləri oynamaq üçün çox çətin idi”

“Çətin bir matç keçirdik. Hava şərtləri oynamaq üçün çox çətin idi”.

Bu sözləri millimizin və “Sivasspor”un üzvü Cihan Özkara deyib.

Özkara dünən baş tutan “Sivasspor” – “Gənclərbirliyi” matçından sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə danışıb. Sivas təmsilçisinin 2:0 hesablı qələbəsilə başa çatan görüşün 79-cu dəqiqəsində oyuna çıxan Özkara qələbəyə layiq olduqlarını bildirib: “Qalibiyyəti haqq etmişdik. Belə davam edəcəyik. Yaxşı yoldayıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43