İdman

Millimizin üzvü klubu ilə müqaviləni yenilədi

Almaniyanın “Aue” klubu millimizin üzvü Dmitri Nazarovla müqaviləni yeniləyib.

İdmanxeber.com-un məlumatına görəu barədə klubunun rəsmi “Tvitter” səhifəsi xəbər yayıb. 27 yaşlı yarımmüdafiəçinin müqavilə müddətinin 2021-ci ilin iyununa qədər olduğu bildirilir. Nazarovun II Bundesliqa təmsilçisi ilə əvvəlki müqaviləsi 2018-ci ilin yayına qədər idi.

Qeyd edək ki, Nazarov ötən mövsüm “Aue”nin heyətində 9 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43