Kateqoriyasız

Millimizin üzvü La Liqada növbəti matçına çıxdı

İspaniya La Liqasında VI turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” bu tur öz meydanında “Selta” ilə qarşılaşıb.

İki qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.

E.İsrafilov matçın 69-cu dəqiqəsində Saul Berxon Perezin əvəzinə meydana çıxıb. 

Bu heç-heçədən sonra “Eybar” 9 xalla 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43