Dünya futbolu

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Cənubi Koreya çempionatında 14-cü turun oyunları keçirilir.
 

İdmanxeber.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” bu turdaa doğma meydanda “Daoqu” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

“Daejeon” – “Daoqu” – 0:1
Qol:
 Ko, 45+3

 
Anton da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
Qeyd edək ki, “Daejeon” hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43