Dünyadan

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Türkiyə Super Liqasında 15-ci turun görüşləri davam edir.

Milli komandamızın üzvü Ufuk Budakın şərəfini qoruduğu “Kayserispor” səfərdə “Adanaspor”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2 – 1 hesablı qələbəsiylə yekunlaşıb.

Ufuk Budak bu matça start heyətdə başlayıb və 88 dəqiqə meydanda olub.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xal olan “Kayserispor” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43