Dünya futbolu

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Cənubi Koreya çempionatının 12-ci turunun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Anton Krivostyukun formasını geyindiyi “Tecon Xana Sitizen” doğma meydanda “Suvon” komandasını qəbul edib.

Görüş ev sahibi klubun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Anton matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

Bu qələbənin ardından “Tecon Xana Sitizen”  turnir cədvəlində 21 xalla 3-cü pillədə qərarlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43