Kateqoriyasız

Millimizin üzvü oynadı, komandası uduzdu

Millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) Polşa çempionatında 7-ci turunda səfərdə “Qurnik”lə (Lençna) qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. 23 yaşlı müdafiəçi 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

“Visla” hazırda 7 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43