Dünya futbolu

Millimizin üzvü oynamadı, komandası xal itirdi

Almaniya II Bundesliqasının 11-ci turunda U-21 millimizin üzvü Barış Ekincierin formasını geyindiyi “Bohum” doğma meydanda “Reqensburq”la 3:3 hesabı ilə heç-heçə edib.

Millimizin üzvünün adı iştirak ərizəsinə salınsa da, bu oyunda iştirakçı olmayıb. 19 yaşlı yarımmüdafiəçi hələ ki, cari mövsüm Bundesliqada debüt etməyib.

“Bohum” 16 xalla 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43