İdman

Millimizin üzvü qol vurdu, “Fənərbağça” qələbəyə həsrət qaldı

Türkiyə Superliqasının II turu çərçivəsində “Fənərbağça” öz meydanında “Kayserispor”la qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, ilk turda məğlub olan “sarı lacivərdlilər” bu dəfə də qələbəyə həsrət qalıb. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.

Kayseri klubunun 3-cü qolunun müəllifi isə millimizin futbolçusu Ufuk Budaq olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43