Ölkə futbolu

Millimizin üzvü “Sumqayıt”da

“Sumqayıt” Futbol Klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, komanda Azərbaycanın U-21 millisinin əsas üzvü olan Ehtiram Şahverdiyevi heyətinə qatıb. Klub saytında yer alan məlumata görə, futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olmuş 1996-cı il təvəllüdlü futbolçu “Sumqayıt” FK-da 77 nömrəli formanı geyinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43