Milli komanda

Millimizin üzvü Türkiyədə müqaviləsini uzatdı

Millimizin üzvü Ufuk Budak “Samsunspor”la yeni müqavilə bağlayıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, 28 yaşlı futbolçu komandasıyla olan müqaviləsinin 6 ay daha uzadıb.

O, bir müddət əvvəl klubun borcu üzündən müqaviləyə təktərəfli son qoysa da, rəhbərlik futbolçunu razı sala bilib. Yenidən Samsuna qayıdan Budak 6 aylıq sözləşməyə qol çəkib və məşqlərə başlayıb.

Qeyd edək ki, Ufuk Budak “Samsunspor”a ötən ilin yayında “Manisaspor”dan keçib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43