08 Sentyabr 2024
Kateqoriyasız

Millimizin üzvü Türkiyə çempionatında qol vurdu, komandası məğlub oldu

Türkiyə PTT 1-ci Liqasında 36-cı turun oyunları keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın sabiq üzvü Branimir Subaşiçin formasını geyindiyi “Orduspor” səfərdə “Bucaspor”la qarşılaşıb.

Matçın 14-cüe dəqiqəsində penaltidən vurduğu qolla komandasını hesabda önə çıxaran Subaşiçin bu zəhmətini komanda yoldaşları boşa verib. Matç meydan sahiblərinin 2-1-lik qələbəsi ilə yekunlaşıb.

Hazırda “Orduspor” 65 xalla 4-cü yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43