Dünya futbolu

Millimizin üzvü Türkiyə klubu ilə 2 illik müqavilə imzaladı

Millimizin üzvü Ufuk Budakın Türkiyənin “Smasunspor” klubuna keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, son olaraq “Manisaspor”da çıxış edən müdafiəçi bu gün Samsun təmsilçisi ilə münasibətlərini rəsmiləşdirib. “Manisaspor”la maliyyə məsələlərində razılaşmayan və yeni müqavilə imzalamaqdan imtina edən sağ cinah müdafiəçisi “Smasunspor”la 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, millimizin heyətində 17 oyun keçirən Ufuk Budak karyerası ərzində Almaniyanın “Ülm”, “Frayburq” və Türkiyənin “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” kimi komandalarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43