Dünya futbolu

Millimizin üzvü üçün erməni baş məşqçi

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın “Stal” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, maliyyə səbəbindən çıxışını dayandıracağı gözlənilən komanda fəaliyyətini davam etdirəcək. “Stal” rəhbərliyi iclas keçirib və bununa bağlı qərar qəbul edib. Klubun prezidenti erməni Vardan İsraelyan büdcəsinin azaldılması barədə qərar verib.

“Stal”ın yeni baş məşqçisi isə erməni Yeqişe Melikyan olacaq.

Qeyd edək ki, Paşyevin “Stal”dan ayrılması gündəmdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43