22 Oktyabr 2024
Kateqoriyasız

Millimizin üzvü Ukrayna klubunda

Milli komandamızın üzvü Pavel Paşayev karyerasını yenidən Ukraynada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı müdafiəçi Ukrayna Premyer Liqasında çıxış edən “Stal” klubu ilə müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Paşayev 2 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, bu ilin fevralında “Metallurq”dan “Qəbələ” keçən futbolçu cəmi bir oyunda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43