Dünya futbolu

Millimizin üzvü Ukrayna klubundan ayrıldı

Milli komandamızın futbolçusu Pavel Paşayev Ukrayna “Stal”ı ilə müqaviləni ləğv edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Sport-ekspress Ukrayna” qəzeti məlumat yayıb. Buna klubun futbolçuya olan borcunu ödəməməsi səbəb olub. Paşayevlə yanaşı daha bir neçə oyunçu da komandanı tərk edib.

Müqavilə qarşılıqlı şəkildə ləğv edilib və Paşayev azad agent statusu qazanıb. Onun karyerasını Azərbaycanda davam etdirəcəyi ehtimal olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43