Kateqoriyasız

Millimizin üzvü “Visla”nı məğlubiyyətdən xilas etdi –Video

Polşa Ekstraklassasında V turunda Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) səfərdə “Poqon”la qarşılaşıb.

İdmanxeber.az xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Anton komandasının sonuncu qolunu vurub. O, 88-ci dəqiqədə adını tabloya yazdıraraq “Visla”nı məğlubiyyətdən xilas edib.

“Visla” 5 turdan sonra 13 xalla 18 komanda arasında liderdir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43