Dünya futbolu

Millimizin üzvünə azarkeş hücumu: “Komandanı tərk et” – VİDEO

Türkiyə Super Liqasının 21-ci turunda “Kayserispor”la oyunda qırmızı vərəqə alan “Bursaspor”un və Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz şok təpki ilə üzləşib.

Yenişəhər hava limanında Nəcmi Ayıldız adlı azarkeş onun üzərinə hücum çəkib.

Azarkeş Yılmaza “səni komandamda istəmirəm, Bursanı tərk et” deyərək etiraz edib.

Mühafizəçilərin sakitləşdirməyə çalışdırdığı tərəfdar hücumçumuzdan əl çəkməyib. O, Dənizə daha sonra bunları deyib: “Sənə komandamızın forması yaraşmır. “Bursaspor”dan gedəcəksən. Bir daha bu komandaya gəlmə”.

“Bursaspor”un vitse-prezidenti Ali Adəmoğlu və baş məşqçki Mutlu Topçu azarkeşi sakitləşdirə biliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43