Milli komanda

Millimizin üzvünün atası: “Oğlumu səhv salıblar”

Hollandiyanın “Feyenoord” klubunun futbolçusu Ozancan Kökcünün Azərbaycan millisindən imtina etməsi haqda məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, “Qafqazinfo”ya açıqlama verən futbolçunun atası Halis Kökcü bu xəbəri təkzib edib:

“Bu xəbər doğru deyil. O, Azərbaycan millisində oynamaqdan qürur duyur. Hollandiya mətbuatı yanlışlığa yol verib. Çünki kiçik oğlum Onur Hollandiya U-17 millisində çıxış edir. Bu səbəbdən də onları qarışdırıblar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43