Dünya futbolu

Millimizin üzvünün şikayətinə görə komandasına lisenziya verilmədi

“Bursaspor” Türkiyə Futbol Federasiyasının (TFF) Lisenziya heyəti tərəfindən verilən 2017/18 mövsümü üçün UEFA yarışlarına lisenziya ala bilməyib.

Lisenziya üçün 16 komanda müraciət. 12 klub müsbət cavab alıb. Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” lisenziya ala bilməyib.

Türkiyə mətbuatının məlumatına görə, Bursa təmsilçisinin borclu olduğu futbolçuları – Dəniz Yılmaz, Bakaye Traore ve Tomaş Netsid FİFA-ya şikayət etdikləri üçün komanda lisenziya əldə edə bilməyib.

Bir müddət əvvəl Dəniz Yılmaz maaşını ala bilmədiyi üçün “Bursaspor”u FİFA-ya şikayət etməklə hədələdiyi iddia edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43