Kateqoriyasız

Millimizin yer alacağı səbət dəqiqləşdi – DÇ-2022

Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki səbəti bəlli olub.

Yığmamız püşk zamanı 5-ci səbətdə yer alacaq.

Ötən ay açıqlanan FİFA reytinqində 1175 xalla 114-cü olan Azərbaycan yığması Avropada 45-ci idi. Bu ay üç oyuna çıxan millimiz Sloveniya və Monteneqro ilə heç-heçələr sayəsində aktivinə 4,5 xal yazıb.

Bundan sonrakı nəticələrdən asılı olmayaraq, Azərbaycan yığmasının 4-cü səbətə qalxması və ya daha aşağı reytinqli yığmalarla birlikdə 6-cı səbətdə yer alması isə mümkün deyil

Qeyd edək ki, püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43